...

Azərbaycanın Əhalinin Əmanətlərinin Sığortalanması Fondu iyulun sonunadək sığorta ehtiyatlarının idarə edilməsi üçün agenti müəyyən edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Əhalinin Əmanətlərinin Sığortalanması Fondu (ADİF) ay ərzində Fondun xaricdəki vəsaitlərinin xarici idarəçisini müəyyən etməyi planlaşdırır. Bu barədə cümə axşamı Fondun direktoru Azad Cavadov məlumat verib. Fond öz vəsaitlərini "AAA"dan aşağı olmayan reytinqə malik xarici banklar və maliyyə institutlarının yüksəkreytinqli qiyməti kağızlarında yerləşdirməyə hazırlaşır.

Cavadovun sözlərinə görə, hazırda Fondun ekspertləri xarici broker şirkətləri ilə görüşlər aparırlar. Deutchebank Fond üçün təqdimat keçirib, lakin xarici idarəçilərin təklifləri ilə tanışlıq davam edir.

Bunun üçün Alman İnkişaf Bankı KfW-nin texniki yardımı hesabına cəlb edilmiş alman ekspertlərinin yardımı ilə müvafiq prosedurlar hazırlanır.

Fondun vəsaitlərinin səmərəli idarəsi üçün bu gün vəsaitlər Maliyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarına yatırılır. Bu istiqrazlar üzrə orta gəlirlilik 10 faiz təşkil edir. Bu gün DQİ-də 5,2 mln. manat yerləşdirilib. 2008-ci il aprelin 1-nə olan vəziyyətə görə isə, Fonda daxilolmaların ümumi həcmi 5 549 min manat olub (bankların Sığorta Fondunun reyestrinə daxil olarkən birdəfəlik ödədikləri 10 min manat məbləğində üzvlük haqqı və təqvim ödəmələrini nəzərə almaqla).

"Fondun əsas məqsədi gəlirlərin əldə edilməsi deyil, əmanətlərin sığortalanmasıdır. Lakin, onun aktivlərinin yüksəklikvidli qiymətli kağızlarda yerləşdirilməsi sıfır riskin təmin edilməsi məqsədini güdür, - Cavadov qeyd edib. Bu gün Fondun manat vəsaitləri tamamilə Maliyyə Nazirliyinin zəmanət verdiyi dövlət kağızlarına yerləşdirilir və buna görə də risk yoxdur".

Hazırda ADİF-in vəsaitlərinin 8 faizi avroda, 41 faizi manat, 51 faizi Amerika valyutasında yerləşdirilib. Cavadov bildirib ki, KfW-nin Fondun kapitallaşması üçün daxil ediləcək 5 mln. məbləğində kredit ehtiyatlarını xarici bazarlarda qiymətli kağızlarda yerləşdirmək planlaşdırılır.

Qanunvericiliyə müvafiq olaraq, Fond bütün bank əmanətlərinin 5 faizədək hissəsini və ya 50 mln. manat toplaya bilər. Fonda üzv banklarda (onların sayı - 37) fiziki şəxslərin əmanət portfeli 2008-ci ilin birini rübünədək 1 497,79 mln. manat təşkil edib. Gələcəkdə bank əmanətlərinin artması ilə toplama limiti də arta bilər.

Əmanətlər ildə 40-60 faiz artır.

İyunun 12-nə olan cari məzənnə - 0,8184 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti