...

Bakı Fond Birjasında DQİ-nin əlavə yerləşdirilməsi həyta keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2008 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend / Dörd iyul 2008-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10303820S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında bildirilir.

Bir sərmayədar tərəfindən təqdim olunan sifarişin nominal üzrə məbləği 1 262 400 manat təşkil edib. Sifariş 94.67% (gəlirlik 11.48%) qiymətdə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 94.67% (gəlirlik 11.48%) orta ölçülmüş qiymət - 94.67% (gəlirlik 11.48%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 262 400 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 30 Dekabr 2008 -ci ildir.

Xəbər lenti

Xəbər lenti