...

Heydər Əliyev Fondu "Isuzu" və "Boqdan" şirkətlərinin istehsalı olan yeni məktəb avtobusu alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2008 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend / AZAUTO şirkəti cari ilin iyun ayının 1-də Azərbaycan və Ukrayna arasında iqtisadi, mədəni əlaqələrin inkişafına həsr olunmuş tədbirdə iştirak edib.

Bu tətbirdə Ukrayna prezidenti Viktor Yuşşenkonun adından təhsil sahəsində uğurlu layihələr həyatə keçirən Heydər Əliyev Fonduna Yaponiyanın "İsuzu" şirkətinin Ukraynanın "Boqdan" Korporasiyası ilə müştərək istehsalı olan məktəbli avtobusu təqdim edilib.

Məktəbli avtobusunun açarını Ukrayna prezidenti adından Fondun icraçı direktoru Anar Ələkbərova təqdim edən Ukraynanın Azərbaycandakı səfiri, "Dostluq körpüləri" beynəlxalq layihənin həmsədri B. Klimçuk bildirib ki, bu, Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.

Fondun həyətində məktəbli avtobusunun texniki xüsusiyyətləri nümayiş olunub. Avtobusun şagirdlərin təhlükəsiz daşınmasında xüsusi əhəmiyyəti var. Avropa standartlarına cavab verən avtobusun hər bir oturacağında qoruyucu kəmər və qəza vəziyyətləri üçün nəzərdə tutulan düymə var. Nəqliyyat vasitəsinin özəlliyi ondan ibarətdir ki, burada quraşdırılan xüsusi meydança vasitəsilə əlil uşaqlar da avtobusdan istifadə edə bilərlər.

Azərbaycan-Ukrayna münasibətlərinə toxunan səfir, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu və xidmətlərini xüsusi vurğulayıb.

Tədbirdə həmçinin Boqdan Korporasiyasının prezidenti O. Svinarçuk, AZAUTO şirkətinin baş koordinatoru D. Vəzirov, Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti