...

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları həbs olunublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend müxbir K.Zərbalıyeva/Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Senayecihaz Elm-İstehsalat Birliyinin əməkdaşları həbs olunublar.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ictimaiyyətlə əlaqələr xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Yasin Ələsgərov, Etibar Həsənquliyev, Akif Məsimov və Türkiyə vətəndaşı, Bakı şəhərində metal qəbulu məntəqəsində işləyən Bilal Hakki Birliyin anbarından 630 kiloqram "Titan S-300" markalı xammalın oğurlanması faktı üzrə saxlanılıblar. Fakt üzrə toplanılmış materiallar sonrakı araşdırmalar üçün Daxili İşlər Nazirliyinə təhvil verilib.

Araşdırmalar zamanı oğurlanmış xammalın Türkiyədə satıldığı məlum olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti