...

Palmali şirkəti ərzaq – kimya məhsulları daşıyan ikinci tankeri alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2008 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust/ Trend / "Dəniz və Neft-qaz layihələri" Şirkətlər Qrupunun tərkibinə daxil olan "Krasnoe Sormovo" gəmiqayırma zavodu yeni seriyanın ikinci gəmisi -- ərzaq - kimya məhsulları daşıyan İMO2 Nəsibə Zeynalova tankerini istismara verib. Tankerin sifarişçisi Palmali Şirkətlər Qrupudur. Nəsibə Zeynalova gəmisinin layihəsi - RST22, layihəçi Odessa şəhərinin "Dəniz Mühəndis Bürosu"dur. Bu barədə Palmali-nin cümə axşamı yayılan məlumatında bildirilir.

RST layihəli gəminin uzunluğu 139,95 m, eni - 16,6 m, göyərtəsinin hündürlüyü - 6 m Gəmi "Volqa-Don maks" sinifli tankerlərə aiddir.

Yeni seriyanın gəmiləri "Armada" kimi məşhur olan 005RST0 layihəli tankerlərin məntiqi davamıdır. "Armada" tipli gəmilər Palmali şirkətlər qrupu üçün "Dəniz Mühəndis Bürosu" tərəfindən layihələndirilib və 2002-2006 - cı illərdə Tuzlada (Türkiyə) tikilib.

Armada tipli on tanker qarışıq (çay-dəniz) neft xammalı, mazut, dizel yanacağı, digər neft məhsulları və bitki yağları daşınmalarında, həmçinin, Avropa ətrafında və qışda İrland dənizinə reyslər daxil olmaqla Xəzər, Qara, Aralıq, Baltik və Şimal dənzilərində daşınmalarda uğrula istismar edilir.

Gəmilər, ikibölməli batmazlıq da daxil olmaqla, bitki yağlarının daşınması üçün yeni beynəlxalq tələblərə tam cavab verir.

Layihələndirmə zamanı Rusiya və dünyanın neft şirkətlərinin xüsusi tələbləri, Rusiya Dəniz Gəmiçiliyi Registrinin "EKO LAYİHƏ" sinifli əlavə ekoloji məhdudiyyətləri nəzərə alınıb.

Xəbər lenti

Xəbər lenti