...

Bakı Metropoliteni yeni depo tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir, E.İsmayılov/ Bakı Metropoliteninin yeni deposunun (ikinci) tikintisinə 2009-cu ildə başlamaq planlaşdırılıb, - cümə axşamı Metropolitendən deyiblər.

Bu il hazırlıq işlərinə - meydançanın hazırlanmasına, tikinti zamanı istifadə ediləcək yardımçı qurğuların tikintisinə və hasarın tikilməsinə başlamaq nəzərdə tutulub.

"Tezliklə hazırlıq işləri başlamalıdır, bilavasitə tikinti işləri 2009-cu ilə planlaşdırılıb", - Metropolitendən bildiriblər.

Yeni deponun tikintisinə vəsaitlərin bir hissəsi ayrılıb. O, Bakının yeddinci mikrorayonunda yerləşəcək. Yeni deponun 2012-ci ildə istismara verilməsi planlaşdırılıb.

Deponun tikilməsi uzun prosesdir. Belə ki, bu rayonda qəbiristanlıq və yaşayış evləri yerləşir. Buna görə də tikintiyə başlamazdan əvvəl bütün bu obyektləri köçürümək lazımdır.

Bakı Metropoliteni sentyabrın 15-də Bakının altıncı və doqquzuncu mikrorayonları arasında yerləşən yeni metro stansiyasını istismara verməyi planlaşdırıb. Noyabrda "İçəri Şəhər"stansiyasının yenidən qurulması üzrə işlərin baş çatdırılması gözlənilir. 2009-cu ilin sonunadək  səkkizinci mikrorayondakı (Binəqədi rayonu) "Azadlıq prospekti" istismara veriləcək.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və özündə 20 stansiyanı birləşdirir.

Xəbər lenti

Xəbər lenti