...

Avqustda Bakının avtomobil bazarı təxminən yeddi faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2008 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend , müxbir Ü.İsmayılova/ Avqustda Bakının avtomobil bazarında təkliflərin 6,7 faiz azalması müşahidə olunub, -"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən cümə axşamı bildiriblər.

Bazarda təkliflərin azalması Gürcüstandakı hadisələr və Azərbaycana avtomobillərin gətirildiyi Poti limanının işini dayandırıması ilə bağlıdır. Avqustda avtomobillərin orta qiyməti $21 olub. Ay ərzində yalnız Rusiya istehsalı olan avtomobillərin qiymətində azalma müşahidə edilib (iki faiz). Avqustda avtomobillərin ekspozisiya müddəti doqquz gün - 59 günədək artıb və müvafiq olaraq, bu bazarın riskliyi artaraq likvidliyi azalıb ki, bu da öz növbəsində, bazarda yalnız rəqabətqabiliyyətli şirkətlərin qalmasına gətirib.

Avqustda Bakının təkrar avtomobil bazarına 5,6 min avtomobil təklif olunub. Onların yalnız 37 faizi avqustda bazara təklif edilən avtomobillərin payına düşür, qalan maşınlar ötən aylardan bazarda qalıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti