Azərbaycan, Bakı, 20 sentyabr/ Trend , müxbirlər S.Babayeva, İ.Xəlilova/"İlin əvvəlindən Azərbaycanda yeganə sement istehsalçısı Garadagh Cement ASC-nin istehsal etdiyi sementin qiyməti orta hesabla 16 faiz artıb", - Garadagh Cement-in rəhbəri Xoria Adrian deyib.
"2008-ci ilin əvvəlində biz inflyasiyaya uyğun olaraq, məhsulumuzun qiymətini artırmışıq. Belə ki, bizim qiymət siyasətimiz ölkədəki inflyasiyanın artım tempi ilə tənzimlənir", - o qeyd edib.
Adrian gələcəkdə də qiymət artımını istisna etməyib.
"Bizdən müəyyən vəsaitlərin ödənilməsini tələb edən təchizatçılarımız var və bu tələbləri təmin etmək üçün biz malımızın qiymətində inflyasiyanın səviyyəsinə uyğun düzəlişlər edirik", - şirkət rəhbəri qeyd edib.
Garadagh Cement ASC 2008 - ci il mayın 1- dən qüvvədə olan aşağıdakı buraxılış qiymətlərini müəyyənləşdirib:
Tikinti şirkətləri, beton zavodları və digər istehsalçılar üçün:
Məhsul |
Növ |
Buraxılı qiyməti |
|
ƏDV-siz |
ƏDV ilə |
||
AZN/тоn |
AZN/тоn |
||
CEM II/B-P 32,5 R Optimal |
kisə |
124.5 |
146.9 |
CEM II/A-P 32,5 R Special |
kisə |
139.6 |
164.7 |
CEM II/A-P 32,5 R Special |
qalaq |
120 |
141.6 |
CEM II/A-P 42,5 N Ekspert |
qalaq |
135 |
159.3 |
CEM I 42,5 R Ekspert PLUS |
qalaq |
152 |
179.3 |
SEМ IV/A 32,5 Б /ППЦ 400 Solid (sulfatadavamlı) |
qalaq |
140 |
165.2 |
Distribütorlar üçün:
Məhsul |
Növ |
Buraxılış qiyməti |
|
ƏDV-siz |
ƏDV ilə |
||
AZN/тоn |
AZN/тоn |
||
CEM II/B-P 32,5 R Optimal |
kisə |
84.5 |
99.7 |
CEM II/A-P 32,5 R Special |
kisə |
103.2 |
121 |
Garadagh Cement ASC Azərbaycanda yeganə klinker və sement istehsalçısıdır. Zavod 1999-cu ildə özəlləşdirilib və hazırda onun səhmlərinə İsveçrənin Holcim Group şirkəti nəzarət edir.
2007-ci ildə zavod 1,34 mln. ton sement istehsal edib. "İstehsalın analoji həcmi 2008 və 2009-ci illərdə də planlaşdırılıb", - Adrian vurğulayıb. Garadagh Cement-in Azərbaycanda bazar payı 47 faiz təşkil edir.
Ölkənin sementə olan illik təlabatı 4 mln. tondur.
Sentyabrın 20-nə valyutanın rəsmi məzənnəsi 0,8133 AZN/USD-dır.