...

Avqustda Bakının tikinti materialları bazarında cüzi bahalaşma olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2008 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir Ü.İsmayılova/ Avqustda Bakının tikinti materialları bazarında qiymətlər iyulla müqayisədə 3,4 faiz artıb, - şənbə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildiriblər. İlin əvvəlindən tikinti materiallarının qiyməti 14,3 faiz, 2007-ci ilin analoji dövrünə nisbətdə isə 33,6 faiz artıb.

Azərbaycanda istehsal olunan materialların payı 45 faiz təşkil edib.

Ay ərzində monitorinq 84 müxtəlif tikinti materiallarının 36 növü üzrə aparılıb. Onların 16-da artım, 19-da azalma müşahidə edilib, 49-nun qiyməti isə olduğu kimi qalıb.

Tikinti materialları arasında tikinti torpağı (25 faiz), dəmir profillər (0,6 faiz), sink profillər (0,5 faiz), kafel və metlax yapışqanı (2,2 faiz) bahalaşıb.

Qiymətlərin azalması əsasən tikinti kərpicində (20,4 faiz), karxana daşında (17,3 faiz), taxtada (1,2 faiz) və başqa materiallarda müşahidə edilib

Xəbər lenti

Xəbər lenti