...

Unibank ipotekaya ikinci kredit xəttini cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend / Unibank kommersiya bankı ipoteka sahəsində layihələrin maliyyələşdirilməsi üçün $15 mln. məbləğində kredit xəttinin alınması haqqında saziş imzalayıb. Kredit xətti banka Niderlandın FMO (Nederlandse Financierings-Maatschappij Voor Ontwikkelingslanden N.V.) maliyyə şirkəti tərəfindən təqdim edilib.

Bu kredit xəttinin vəsaiti ipoteka obyektlərinin satın alınması, yeniləşdirilməsi, təmiri və ya inşa olunması sahəsində layihələrin maliyyələşdirilməsinə, habelə ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldiləcəkdir.

"Hətta dünya maliyyə böhranı dövründə əcnəbi sərmayəçilərin bizim banka etimadının zəifləməməsi bizim üçün xüsusilə vacibdir, - Unibank- ın İdarə Heyətinin sədri Faiq Hüseynov qeyd edib. - Təkcə son aylar ərzində Unibank ipotekanın inkişaf etdirilməsinə iki yeni kredit xəttinin - Beynəlxalq Maliyyə Korporasiyasından və FMO - dan maliyyələşdirilmənin - alıcısı olub. Bu zaman hər iki maliyyələşdirilmə istər kreditorlar üçün, istərsə də Bank üçün əlverişli olan şərtlərlə cəlb edilib. Bu bizə, öz müştərilərimizə ağlabatan faiz dərəcələri ilə kreditlər vermək imkanı verir".

FMO - nun ipoteka maliyyələşdirilməsi üçün ayrılmış kredit xətti hər biri $7,5 mln. həcmində olan iki bərabər tranşla mənimsəniləcək.

Əvvəllər Unibank artıq iki dəfə FMO - dan kredit xətlərinin alıcısı kimi çıxış edib. 2006 - cı il dekabrın 11 - də Unibank və FMO xırda və orta sahibkarlığın  maliyyələşdirilməsi üçün Unibank - a $5 mln. həcmində  kredit xəttinin təqdim edilməsi haqqında saziş imzalayıb, elə həmin il dekabrın 13 - də isə, bank Azərbaycanın bank sistemi tarixində subordinasiya olunmuş kreditin ilk alıcısı olub. Ümumi həcmi 5 mln. ABŞ dolları olan subordinasiya olunmuş kredit ikinci dərəcə kapitalının formalaşmasının əlavə mənbəyi olub.

Həmçinin, FMO tərəfindən Unibank-a ticarət maliyyələşdirilməsi üçün $1,5 mln. həcmində  limit təqdim edilib.

Unibank Azərbaycanın ən iri özəl banklarından biridir. Maliyyə göstəricilərinə görə, Unibank liderlər üçlüyünə daxildir. Bankın Nizamnamə Fondu 15 mln. AZN təşkil edir. Bankın məcmu kapitalı ilk yarım il üçün 66,6 mln. AZN-dən artıqdır. 2008 - ci ilin ilk 6 ayının nəticələrinə görə, Bankın aktivləri 479,4 mln. AZN təşkil edib. Kredit portfeli 358,8 mln. AZN - dən artıqdır. Bankın rəsmi auditoru PricewaterhouseCoopers şirkətidir. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Alman Investisiya Korporasiyası - DEG daxildirlər.

2008 - ci ildə Fitch Ratings Unibank-ın aşağıdakı reytinqlərini təsdiq edib: uzunmüddətli EDR- "B-", qısamüddətli EDR -"B", fərdi reytinq -"D/E", dəstəkləmə reytinqi- "5" və uzunmüddətli EDR - nin dəstəklənməsi səviyyəsi -"dəstəklənmə səviyyəsi yoxdur". Uzunmüddətli EDR üzrə proqnoz "Sabit" kimi saxlanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti