Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Asiya İnkişaf Bankına (AİB) Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və sanitar xidmətlər sisteminin təkmilləşdirilməsi layihəsinin əhatə zonasını daha üç rayon genişləndirməyi təklif edib, - Bankın Bakı nümayəndəliyindən cümə günü bildiriblər. Bu siyahıya Ağcabədi, Beyləqan və Balakəni əlavə etmək təklif olunur.
"Siyahının genişlənməsi su layihəsinin bahalaşmasına gətirəcək. Buna baxmayaraq, bu üç rayon nəzərə alınmadan da, tikinti materiallarının qiymət artımı ilə əlaqədar onun dəyərinin bahalaşacağı gözlənilir", - nümayəndəlikdən bildiriblər.
Layihə ən azı $5-6 mln. bahalaşsa da, işlərin ümumi dəyərini vəsaitlərdən istifadəyə başladıqdan sonra konkretləşdirmək lazım gələcək. Əlavə maliyyələşdirmə Azərbaycan hökumətinin iştirak payının artması hesabına təqdim ediləcək. Layihənin hazırki dizaynı 2004 - cü ildə hazırlanıb, bu dövr ərzində isə, tikinti materiallarının qiymətləri xeyli artıb.
Azərbaycan tərəfinin təklifinə əsasən, layihənin əhatə etdiyi rayonlarda kanalizasiya sistemində müasir avadanlığın quraşdırılması da onun dəyərinə təsir edəcək.
"Azərsu" SC bütün bu məsələləri AİB - in hazırda Bakıda olan və şəhər inkişafı üzrə baş iqtisadçı Şakil Xanın başçılıq etdiyi missiyası ilə nəzərdən keçirir.
Layihənin ilkin dəyəri $39,9 mln. təşkil edib. Asiya Bankı onun maliyyələşdirilməsinə $30 mln. ayırıb, $9,9 mln. isə, Azərbaycan hökumətinin payına düşüb.
Cari ildən layihənin realizəsi canlansa da, tikinti işlərinə başlanılmayıb. Su kəmərinin çəkilməsi üçün podratçının müəyyənləşdirilməsi üzrə birinci tender təxminən 2008 - ci ilin oktyabr - noyabrında yekunlaşdırılacaq.
Su layihəsi üzrə "Azərsu" SC-nin məsləhətçisi AICO Consulting Ltd/European Consultans Organization Konsorsiumudur. Konsorsium üç ilə nəzərdə tutulmuş işlərin detallaşdırılması üzər hesabat hazırlayıb.
Layihənin realizə dövründə -- 2010 - cu ilədək Ağdaş, Göyçay və Naxçıvanda, əhatə zonası genişləndirildiyi halda isə, Ağcabədi, Beyləqan və Balakəndə də su təchizatı sisteminin, infrastrukturun inkişafı üçün struktur dəyişiklikləri aparmaq planlaşdırılır.
AİB - in missiyası ilə gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]