...

Azərbaycanda təqaüdçülərin 80 faizdən çoxu pensiyasını plastik kartlarla alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan şəhərlərində təqaüdçülərin 100 faizi, kənd və qəsəbələrdə yaşayan təqaüdçülərin 70 faizi pensiya almaq üçün plastik kartlarla təmin edilib. Bu barədə bazar ertəsi Əhalinin Dövlət Sosial Müdafiə Fondundan (ƏDSMF) məlumat verilib.

Təqaüdçülərin ümumi sayından 87 faizi və ya 960 min nəfəri pensiyalarını plastik kartlar vasitəsilə alırlar.

Ölkədə Azərbaycan Beynəlxalq Bankı və "Kapital Bank" xətti ilə 417 əlavə bankomat (kənd və qəsəbələrdə 51) quraşdırılıb.

Azərbaycanda 1,5 milyondan çox təqaüdçü var.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti