Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir N.İsmayılova/ Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, 2008-ci lin yanvar-sentyabrı ərzində dövlət büdcəsinə 11 daxilolmadan yalnız iki vergi növü - fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergi üzrə proqnozlar tam yerinə yetirilməyib. Vergilər Nazirliyinin xətti ilə doqquz vergidən əlavə, dövlət rüsumu və digər daxilolmalar da ( onların arasında neftin ixrac və daxili qiyməti arasındakı fərqdən və dövlət mülkiyyətində olan torpaqların icarə ödənişlərindən daxilolmalar var) yığılır.
Vergi daxilolmalarında ən yüksək xüsusi çəki mənfəət vergisi üzrə qeydə alınıb ki, bu da 2006-cı ildə Bakı - Tbilisi - Ceyhan əsas ixrac boru kəmərinin istismara verilməsi və bu vergi üzrə podrat subpodrat şirkətlərin ödənişləri ilə bağlıdır. Hesabat dövrü ərzində mənfəət vergisi üzrə ödənişlər 2 271,47 mln. manat olub və proqnoz 116 faiz yerinə yetirilib.
Xüsusi çəkisinə görə ikinci yerdə ƏDV üzrə daxilolmalar dayanır və 853,37 mln. manat təşkil edib. Proqnoz 107,1 faiz yerinə yetirilib. Fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə 454,91 mln. manat ödənilib ki, bu da proqnozlaşdırılan həcmdən 21 faiz azdır.
Hesabat dövrü ərzində aksiz vergisi üzrə daxilolmalar 266,88 mln. manat təşkil edib ki, bu da proqnozdan 0,1 faiz çoxdur. Yeraltı sərvətlər vergisi üzrə proqnoz 115,1 faiz yerinə yetirilib, büdcəyə 115,18 mln. manat daxil olub. Əmlak vergisi üzrə büdcəyə 80,88 mln. manat ödənilib ki, bu da gözlənilən həcmdən 0,2 faiz çoxdur. Sadələşdirilmiş vergi sistemi üzrə daxilolmalar 99,3 faiz yerinə yetirilib və 46,28 mln. manat təşkil edib. Torpaq vergisi üzrə daxilolmalar 25,7 faiz artıb və 27,72 mln. manata çatıb. Yol vergsi üzrə büdcəyə 19,58 mln. manat ödənilib ki, bu da proqnozdan 1,5 faiz çoxdur.
Dövlət rüsumları xətti üzrə proqnoz göstəriciləri 119,5 faiz - 46,09 mln. manat yerinə yetirilib. İcarə ödənişindən daxilolmaların 40,2 faiz icra edilməsinə baxmayaraq, digər daxilolmalar xətti üzrə 200,23 mln manat alınıb və proqnoz 127,8 faiz yerinə yetirilib.
Ümumilikdə doqquz ay ərzində Vergilər Nazirliyinin xətti üzrə proqnoz 107,9 faiz yerinə yetirilib və büdcəyə 4382,57 mln. manat proqnoza qarşı 4061,47 mln. manat daxil olub.
2008-ci ildə nazirlik üçün proqnoz 5,38 mlrd. manat səviyyəsində müəyyən edilib.
Oktyabrın 21-nə olan rəsmi məzənnə - 0,8095 AZN/USD
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]