Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycanda mənzilin orta qiyməti ölkəmizin daşınmaz əmlak bazarının ifrat doyması ilə əlaqədar, Litva ilə müqayisədə üçdə bir dəfə çoxdur", - Litvanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kestutis Kudzmanas cümə axşamı bildirib.
Sentyabrda Bakının daşınmaz əmlak bazarı 0,7 faiz - bir kvadratmetrə görə 1,1 min dollaradək bahalaşıb. Ay ərzində qiymətlərin nəzərəçarpacaq artımı "elit" sinifli mənzillərdə müşahidə olunub - 1,1 faiz.
Səfirin sözlərinə görə, bu gün Azərbaycandakı tikinti bumu Litvada bir neçə il əvvəl başa çatıb və hazırda bazarın ifrat doyması ilə qiymətlərin tədricən azalması gedir.
Litva iqtisadiyyatı əsasən ixracın hesabına artır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-avqustda Azərbaycan və Litva arasında mal dövriyyəsi 11 mln. dollardan çox olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]