...

Azərbaycan yük daşımaları həcmini xeyli artırıb – Dövlət Gömrük Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Yanvar-sentyabrda Azərbaycanın nəqliyyat vasitələri 76 mln. tondan çox yük daşıyıb ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 509,95 faiz çoxdur, Dövlət Gömrük Komitəsindən şənbə günü bildiriblər. Bu dövrdə yük ixracı 69.1 mln. ton, idxalı isə 7,1 mln. ton təşkil edib.

Doqquz ay ərzində dəniz nəqliyyatı ilə 536,5 min ton, dəmir yolu nəqliyyatı ilə - 13,4 mln. ton, avtomobil nəqliyyatı ilə - 482,7 min ton, hava nəqliyyatı ilə - 2,6 min ton yük daşınıb, boru kəmərləri ilə nəqletmə 54,6 mln. ton olub.

Yanvar-sentyabrda Azərbaycan ərazisindən tranzitlə 4,8 mln. ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 113,7 faiz və ya 588,5 min ton çoxdur.

Azərbaycandan tranzitlə İtaliyaya - 1,8 mln. ton, İsveçrəyə - 1,3 mln. ton, Gürcüstana - 712 min ton, Tacikistana - 258,9 min ton, Türkiyəyə - 158,2 min ton, İrana - 174,7 min ton, Rusiyaya - 128,6 min ton, Qazaxıstana - 32,1 min ton, Türkmənistana - 164,1 min ton yük daşınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti