...

Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi üzrə artım bu il 85 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2008 14:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində ikinci yeri tutub. Bu barədə Gürcüstanın Statistika Departamentindən məlumat verilib. Yanvar-sentyabrda Azərbaycan ilə xarici ticarət dövriyyəsi 643, 5 miliyon dollar təşkil edib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisi ilə münaqyisədə 85,4 faiz çoxdur.

Azərbaycana sement (68,9 miliyon dollarlıq) və minik avtomobilləri (45,8 miliyon dollarlıq) ixracı artıb. İdxal 228, 2 miliyon dollar artaraq 477 miliyon dollara çatıb.

Gürcüstanın ən iri ticarət tərəfdaşı Türkiyədir. Bu ölkə ilə yanvar-sentyabrda ticarət dövriyyəsi 937,1 mln. dollar təşkil edib ki, bu da 2007-ciilin analoji dövr göstəricisi ilə müqayisədə 51,3 faiz çoxdur. Türkiyəyə ixrac 242,3 mln. dollar təşkil edib. Bu, 2007-ci ilin analoji dövr göstəricisini 110,5 mln. dollar üstələyir.

Türkiyəyə qara metal (39,5 mln. dollar), ferroərinti (39,5 mln. dollar) və azot gübrəsi (14,8 mln. dollar) ixracı artıb. Xüsusilə dərman vasitələri (12,2 mln. dollar) və sement (11,1 mln.dollar) üzrə idxal göstəriciləri artıb.

Ticarət dövriyyəsində üçüncü yerdə Ukrayna qərarlaşıb. Bu ölkə ilə ticarət dövriyyəsi 591, 9 mln. dollar təşkil edib. İxrac 35,9 faiz artıb - o cümlədən ferroərinti üzrə artım 16 mln. dollar, çaxır üzrə 4,4 mln. dollar olub. İdxal isə 31,4 faiz artaraq 497,1 mln. dollara çatıb. Un idxalı üzrə 22,86 mln. dollar, metal idxalı üzrə isə 30,9 mln. dollar artım qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti