Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir N.İsmayılova/ "Moskva Banklararası Valyuta Birjası" (MBVB) QSC Bakı Banklararası Valyuta Birjası (BBVB) və Bakı Fond Birjası ilə sazişin imzalanması məsələsini nəzərdən keçirir, QSC-nin vitse-prezidenti, İdarə Heyətinin üzvü Yevgeni Ellinski Bakıda bildirib.
"Biz qarşılıqlı əlaqələrin daha dərin və konkret variantlarını nəzərdən keçiririk", - Ellinski bildirib..
MBVB texnologiyalarla paylaşmağa hazırdır.
"Əməkdaşlığın daha bir istiqaməti bankların Rusiya və Azərbaycanın birjalarında iştirakının canlandırılması üçün zəruri olan məsələlərin işlənilməsidir", - Ellinski bildirib.
Bu gün MBVB Azərbaycan birjaları ilə sıx əməkdaşlıq edir və birjalar arasında daim nümayəndə heyətləri, həmçinin təcrübə və texnologiyalar mübadiləsi aparılır. Əməkdaşlıq BBVB və MBVB arasında 2001-ci il iyulun 3-də imzalanan Strateji Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilir.
BBVB və MBVB-ni 2000-ci ildə MDB ölkələrinin bank və birjalarının konfransının keçirilməsi ilə başlayan sıx tərəfdaşlıq münasibətləri birləşdirir. Bundan əlavə, Birlik ölkələri dövlətləri birjalarının qarşılıqlı əlaqələrinin canlandırılması məqsədilə 2000-ci ilin aprelində Moskvada BBVB və MBVB-nin iştirakı ilə MDB ölkələrinin Beynəlxalq Birja Assosiasiyası təsis edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]