...

Azərbaycanın Əhalinin Sosial Müdafiəsi Fondu elektron məlumat bazası yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Əhalinin Dövlət Sosial Müdafiə Fondu (ƏDSMF) pensiyaçılar və sosial sığorta olunmuş vətəndaşlar haqqında elektron məlumat bazası yaradır, - ƏDSMF-dən bazar ertəsi bildiriblər.

"Əvvəllər olmayan baza hər bir pensiyaçı və sığorta olunmuş şəxsin özünün sosial təminatı haqqında məlumata asan çıxış əldə edə bilməsi üçün yaradılıb", - fonddan bildiriblər.

Hazırda ƏDSMF məlumatların yığılmasını aparır. İşlər sosial sahədə islahatların aparılması və əhalinin sosial təminatı sahəsində korporativ idarəetmə sisteminin tətbiqi çərçivəsində həyata keçirilir.

Fond, islahatların aparılması çərçivəsində, aktuar hesablamanın möhkəm maliyyə dayanıqlılığının təminatı, pensiya sisteminin tam avtomatlaşdırılması və.s sahədə işlər həyata keçirir.

Hazırda Azərbaycanda 1,5 mln.-dan çox pensiyaçı var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti