Azərbaycan, Bakı, 31 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın 2009 - cu il dövlət büdcəsi layihəsinə əsasən, ölkədə əhalinin adambaşına düşən ehtiyac meyarının səviyyəsi hazırki 55 manatdan 60 manatadək artırılacaq.
2009 - cu ilin dövlət büdcəsi layihəsinə əsasən, yaşayış minimumunun hazırki 70 manatdan 84 manatadək artırılması da nəzərdə tutulur. Əhalinin əməkqabiliyyətli hissəsi üçün yaşayış minimumu 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat səviyyəsində müəyyən edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]