...

Azərbaycan yük daşımalarını əhəmiyyətli dərəcədə artırıb– Dövlət Gömrük Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Yanvar-oktyabrda Azərbaycanın nəqliyyat vasitələri ilə 87,6 mln. ton yük daşınıb ki, bu da 2007-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 525,4 faiz çoxdur. Bu barədə bazar ertəsi Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bu dövr ərzində 79,4 mln. ton yük ixrac, 8,1 mln. ton yük isə idxal olunub.

On ay ərzində dəniz nəqliyyatı ilə 672,5 min ton, dəmir yolu ilə 14,4 mln. ton, avtomobil nəqliyyatı ilə 539,4 min ton, hava nəqliyyatı ilə 2,8 min ton yük daşınıb. Boru kəməri üzrə nəql 63,9 mln. ton təşkil edib.

Yanvar-oktyabrda Azərbaycan ərazisindən tranzitlə 5,3 mln. ton yük daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 110,95 faiz və ya 530,9 min ton çoxdur.

Azərbaycandan tranzitlə İtaliyaya - 2,04 mln. ton, İsveçrəyə - 1,4 mln. ton, Gürcüstana - 773,7 min ton, Tacikistana - 271,4 min ton, Türkiyəyə - 160,5 min ton, İrana - 182,5 min ton, Rusiyaya - 147,3 min ton, Qazaxıstana - 37,1 min ton, Türkmənistana isə - 193,1 min ton yük nəql olunub.

Xəbər lenti

Xəbər lenti