...

Azərbaycan bankı ekvayerinq - lisenziya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2008 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın Unibank-ı ekvayrinq-lisenziyanı alıb və MasterCard beynəlxalq ödəniş sisteminin ekvayeri olub, - bankdan çərşənbə günü bildiriblər.

"Bunun sayəsində bizim POS - terminallar tam həcmdə xarici banklar tərəfindən buraxılmış MasrerCard plastik kartlarına xidmət edə biləcəklər", -  Unibank-ın əməliyyatlar üzrə direktoru Kamil Seyidov bildirib.

Onun sözlərinə görə, həmin sistemin həm maqnit, həmdə ki, çip plastik kartlarına xidmət göstəriləcək. Ekvayerinqin alınması Bankın kart biznesinin inkişafına, ticarət və xidmət sahəsində məşğul olan korporativ müştərilərin cəlb edilməsinə xidmət edəcək.

2008 - ci ilin 10 ayı ərzində Unibank tərəfindən emissiya olunan plastik kartların sayı 1,5 dəfə artıb və noyabrın 1-nə buraxılmış MasterCard və VİSA İnternational kartların sayı 40 minə çatıb.

Unibank MasterCard beynəlxalq ödəniş sisteminin plastik kartlarının emissiyasına 2007-ci ildə başlayıb. 2007-ci ildən başlayaraq, Bank həm də VİSA İnternational beynəlxalq ödəniş sisteminin ekvayeridir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti