Azərbaycan, Bakı, 27 noyabr/ Trend / Azərbaycanın UniBank-nn treninq mərkəzi - Unitraining personalın qiymətləndirilməsi üzrə yeni layihəni - Assessment center-i işə salıb, - bankın cümə axşamı yayılan məlumatında bildirilir.
Assessment center - əməkdaşların sürətlə qiymətləndirilməsi sistemidir. Bu sistemin analoji sistemlərdən ən mühüm fərqi ondan ibarətdir ki, psixoloji testlərin və müsahibələrin tətbiq edilməsindən əlavə, bu sistem həm də davranış tapşırıqlarından və işgüzar oyunlardan istifadə edir. İşgüzar oyunların gedişində iştirakçılar real vəziyyəti - peşəkar məsələlərin həllini, müştərilərlə danışıqları və s.-nin modelini qururlar. Sistem hər bir işçinin şəxsi və peşəkar keyfiyyətlərinin tam təsvirini əldə etməyə imkan verir.
Pilot layihənin həyata keçirilməsi üçün Unibank əcnəbi mütəxəssis - Frankfurt Biznes Məktəbinin Eksperti, personalın qiymətləndirilməsi üzrə mütəxəssis Yuta Zyurbomu dəvət edib.
"Hələ ekspertin gəlişinə qədər, Unibank - ın əməkdaşları tərəfindən bütün zəruri sənədlərin hazırlanması üzrə böyük iş yerinə yetirilib, bir sıra psixoloji testlər və tapşırıqlar işlənib hazırlanıb, personalın əksər hissəsi qiymətləndirmə prosedurundan əvvəlki ilkin sınaqdan keçib, - Unitraining-in koordinatoru Sevinc Əliyeva bildirib. Onun sözlərinə görə, ekspertin səfəri zamanı layihənin iştirakçıları və tərkibinə Bankın İdarə Heyətinin üzvlərinin və bir sıra menecerlərin daxil olduğu müşahidəçilər üçün tanışlıq təqdimatı keçirilib. Bankın 8 əməkdaşı qiymətləndirmənin birinci mərhələsini müvəffəqiyyətlə keçib.
Layihənin yekunlarına görə, Unibank- ın əməkdaşlarının liderlik potensialının aşkar edilməsi və açıqlanması planlaşdırılır. Qiymətləndirmənin nəticələri əsasında təkcə əməkdaşın mövcud vərdişləri deyil, həm də onun işini daha səmərəli və məhsuldar edə biləcək gizli imkanları da aşkar ediləcək.
Assessment center sistemi artıq Bank of America (ABŞ), HSBC (Böyük Britaniya), Bank of China (ÇXR), "Alfabank" (Rusiya), Mitsubishi UFJ Financial (Yaponiya), Societe Generale (Fransa) və s. kimi iri dünya banklarında müvəffəqiyyətlə tətbiq edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]