...

Ukrayna hökuməti 2009 - cu il üçün makrogöstəriciləri ikinci dəfə təsdiq edə bilməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2008 18:49 (UTC +04:00)

Ukrayna, Kiyev, 03 dekabrə / Trend , müxbir Z.Novosvitski/ Ukraynanın Nazirlər Kabineti çərşənbə günü keçirilən iclasında da 2009 - cu il üçün dövlət büdcəsinin makro göstəricilərini təsdiq edə bilməyib. Məsələnin müzakirəsinin dekabrın 10- da keçiriləcək iclasa keçirilməsi barədə qərar olunub.

Bu barədə jurnalistlərə iqtisadiyyat naziri Boqdan Danilişin verib.

"Bu gün kömür, metallrugiya sənayesilə bağlı problemlər var. BVF - nin və digər maliyyə təşkilatlarının mütəxəssisləri işləyirlər... Biz həm də Dövlət Statistika Komitəsinin yeni məlumatlarını gözləyirik", - Danilişin deyib.

Baş nazirin birinci müavini Aleksandr Turçinovun sözlərinə görə, yeni makrogöstəricilərin təsdiq olunması üçün iqtisadi vəziyyətin əlavə təhllinə, Ukrayna Milli Bankının, onun fikrincə, olmayan kurs siyasətilə bağlı aydın mövqeyinə ehtiyac var. Turçinov hesab edir ki, ödəmə balansı və kurs siyasəti olmadan nəyisə proqnozlaşdırmaq çox çətindir.

Müəlliflə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti