...

Azərbaycanın Bank Silk Way bankı Nizamnamə kapitalını iki dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Bank Silk Vay ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alıb, - Bakı Fond Birjasının çərşənbə axşamı yayılan məlumatında deyilir. Emissiya həcmi 10 mln. manat təşkil edir, bir səhmin nominal dəyəri - 100 manat.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində Standard Capital MMC anderrayter vəzifəsində çıxış edəcək.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Dekabrın 19-na olan cari mübadilə məzənnəsi -- 0,8039 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti