...

Baş nazir Tamara Kovziridzeni xarici iqtisadi əlaqələr üzrə nümayəndəsi təyin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 19:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili xarici iqtisadi əlaqələr üzrə nümayəndəsi vəzifəsinə Tamara Kovziridzeni təyin edib, - hökumət dəftərxanasından bazar ertəsi bildiriblər.

Kovziridze Haydelberq Universitetində ali təhsil alıb. Müstəqil Brüssel Universiteti tərəfindən fəlsəfə doktoru dərəcəsinə layiq görülüb.

Kovziridze 2004 - 2008 - ci illərdə iqtisadi inkişaf nazirinin müavini vəzifəsində isləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti