...

BVF dünya iqtisadiyyatında iqtisadi artım proqnozlarına yenidən baxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 03:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend /

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2009-cu ildə formalaşan bazara malik və inkişafda olan ölkələrdə iqtisadi artım templəri kəskin şəkildə 2008-ci ildəki 6,25 faizdən 3,25 faizədək enəcək, - BVF-in yenilənmiş "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" (DİİP) məruzəsində deyilir.

Fondun ekspertlərinin hesablamalarına görə, bu, ixraca və maliyyələşdirməyə azalan tələbat, birja mallarının qiymətlərinin azalması və xarici maliyyələşdirməyə daha sərt məhdudiyyətlərin (xüsusilə də böyük xarici disbalansa malik ölkələr üçün) təsiri altında baş verəcək.

Alıcılıq qabiliyyətinin pariteti əsasında ölçüldükdə 2009-cu ildə qlobal iqtisadi artım 0,5 faizədək azalacaq və bazar mübadilə məzənnələri əsasında ölçüldükdə mənfi qiymət alacaq. Əvvəlki qiymətləndirmələrlə (DİİP-in noyabr buraxılışında) müqayisədə proqnozlar 1,75 faiz bəndi azalacaq.

Proqnozlaşdırılır ki, kredit bazarlarında gərginliyin azalmasına yönəlmiş daimi səylər, eləcə də vergi-büdcə və pul-kredit ekspansiyası siyasəti sayəsində 2010-cu ildə artım templərinin 3 faizədək yüksəlməsi ilə qlobal iqtisadiyyatın yüksəlişinin tədricən bərpa olunması başlayacaq. Lakin bu proqnoz son dərəcə qeyri-müəyyəndir, yüksəlişin müddət və templəri isə xeyli dərəcədə qəti iqtisadi siyasət tədbirlərinin aparılmasından asılı olacaq, - məruzədə deyilir.

Formalaşan bazara malik əksər ölkələrdə iqtisadi siyasətin əsaslarının möhkəmlənməsi ötən illə müqayisədə iqtisadi siyasət çərçivəsində artımın dəstəklənməsi üçün daha geniş imkanları təmin etdi. Bu isə öz növbəsində bu presedentsiz xarici şokun təsirini yumşaltmağa kömək edirdi.

Müvafiq olaraq, bu ölkələr ciddi tənəzzül yaşasalar da, onların artım templərinin əvvəlki qlobal tənəzzül dövrlərində olan səviyyədə qalacağı və ya daha yüksək səviyyədə olacağı proqnozlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti