...

Qlobal "iqtisadi şok" Gürcüstan üçün təhlükə kəsb edir – DB-nin vitse-prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 12:07 (UTC +04:00)
Qlobal "iqtisadi şok" Gürcüstan üçün təhlükə kəsb edir – DB-nin vitse-prezidenti

Gürcüstan, Tbilisi, 30 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Dünya Bankının (DB) vitse-prezidenti Şiqeu Katsunun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə səfərdədir. DB-nin Gürcüstandakı nümayəndəliyindən verilən məlumata görə, səfər zamanı DB-nin Cənubi Qafqaz üzrə yeni regional direktoru, bu postda Donu Douset Koyrollonu əvəzləyəcək Əsəd Alami Gürcüstan hökumətinə təqdim olunub.

Katsu səfər zamanı prezident Mixail Saakaşvili, Baş nazirin birinci müavini, iqtisadiyyat və səhiyyə nazirləri, həmçinin donor təşkilatların nümayəndələri ilə görüşüb. Bu gün nümayəndə heyətinin regional idarəçilik üzrə dövlət naziri David Tkeşelaşvili, Milli Bankın prezidenti vəzifəsinin icraçısı və QHT nümayəndələri ilə görüşləri planlaşdırılır.

Katsunun sözlərinə görə, səfər zamanı dünya maliyyə böhranı şəraitində Gürcüstan iqtisadiyyatının inkişaf prioritetləri barədə fikir mübadiləsinin aparılıb.

"Dünyanın bütün ölkələrinə təsir göstərən qlobal "iqtisadi şok", istisnasız olaraq Gürcüstan üçün, xüsusən də avqust hadisələrindən sonra olduqca böyük təhlükə kəsb edir. Hökumət böhrandan sonrakı inkişaf üçün şəraitin yaradılması və böhrana tab gətirmək üçün keçmiş xidmət və uğurlarına söykənir", - deyə o bildirib.

DB Gürcüstanda 1992-ci ildən fəaliyyət göstərir və bu dövr ərzində 1,1 mlrd. dollar həcmində 46 layihə çərçivəsində kredit yardımı göstərib. 120 mln.dollar dəyərində 12 layihə bu günədək fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]  

Xəbər lenti

Xəbər lenti