...

Anti-böhran plan qəbul edilməsə, ABŞ-ı faciə gözləyir - Barak Obama

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2009 16:33 (UTC +04:00)

ABŞ prezidenti Barak Obama Konqresə müraciət edərək anti-böhran planını qəbul etməyə çağırıb. Obama hesab edir ki, əks təqdirdə ABŞ iqtisadiyyatını faciə gözləyir.

BBC-nin yaydığı xəbərə görə, cümə günü bəzi respublikaçıların dəstəyinə arxalanan demokratlar güzəştli qanun layihəsini qəbul ediblər. Həmin layihəyə əsasən anti-böhran paketinin həcmi 780 milyard dollar təşkil edib. Halbuki əvvəl müvafiq rəqəm 937 milyarda dollara bərabər idi.

"Əgər biz bu planı işə salmasaq, iqtisadi böhranımız milli faciyəyə dönə bilər", - deyə Obama bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın stimuallaşdırılması planı olduqca vacibdir və onun icrasının vaxtı yetişib.

ABŞ Əmək Nazirliyinin ötən cümə elan etdiyi hesabata görə, ölkənin ÜDM 2008-ci ilin dördüncü rübündə 3,8 faiz azalıb. RİA Novosti  agentliyinin xəbərinə görə, bu, 1982-ci ildən əsas iqtisadi göstəricinin ən böyük enişidir.

Xəbər lenti

Xəbər lenti