...

Azərbaycanda "Böyük Bakı"nın regional planı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2009 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Şəhərsalma və Arxitektura Dövlət Komitəsi yanında "Böyük Bakı" regional planının hazırlanması üzrə işçi qrup yaradılıb. Bu barədə çərşənbə günü komitənin informasiya və beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Cahangir Qocayev bildirib.

"Plan ona görə "Böyük" adlandırılıb ki, Bakının köhnə planı şəhərin 22 min hektarlıq qrafik prinsip və konsepsiyasını əhatə edirdi, bununla belə paytaxtın real ərazisi 219 min hektardan çoxdur", - deyə Qocayev bildirib.  

Onun sözlərinə görə, bu plan ona görə regional adlanır ki, Sumqayıt, Xırdalan şəhərləri və ümumilikdə Abşeron rayonunun inkişaf konsepisyası və problemləri olmadan Bakının inkişaf istiqamətlərini müəyyən etmək çətindir  

Komitə artıq layihənin hazırlanması üçün tender keçirmək niyyətində olduğunu bildirib. Qocayevin sözlərinə görə, xarici ekspertlərdən 20 təklif daxil olub, lakin bu təkliflərdən yalnız altısı seçiləcək.

Planın hazırlanması Dünya Bankının dəstəyi ilə keçiriləcək.

"Böyük Bakı"nın regional planı paytaxtın inkişafının təmin edilməsində qiymətli sənəd ola bilər, - deyə Qocayev bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti