...

Özbəkistanla Rusiyanın Ural regionu arasındakı mal dövriyyəsi 245 milyon ABŞ dolları təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2009 15:40 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 19 fevral / Trend , müxbir T.Jukov/ Özbəkistan Ticarət-sənaye palatası mətbuat xidmətinin məlumatına görə, Rusiya Ural regionunun sahibkar və sənayeçilərindən ibarət nümayəndə heyəti Özbəkistana səfər edib.
Nümayəndə heyətinin tərkibinə maşınqayırma, energetika, ağac emalı və təhsil ocaqları ilə yol tikintisi üçün yeni nəsil avadanlıqları istehsal edən dörd nəhəng Ural şirkətləri daxildir. Səfər çərçivəsində cümə axşamı Daşkənddə Özbəkistan Ticarət-sənaye palatasının təşkilatçılığı ilə Özbəkistan-Rusiya biznes forumu baş tutub.
"2008-ci ilin nəticələrinə görə Özbəkistanla Rusiyanın Ural regionu arasında mal dövriyyəsi 245 milyon ABŞ dolları təşkil edib", - Ural Ticarət-Sənaye palatasının prezidenti Yuri Matuşkin Trend -a bildirib.
Ural bazarında əsasən Özbəkistanın meyvə-tərəvəz, maşınqayırma, avtonəqliyyat, kauçuk, ayaqqabı və digər məhsullarına böyük tələbat var.
Ural nümayəndə heyətinin üzvləri Özbəkistana səfər çərçivəçində bir sıra istehsal obyektlərinə, iri şirkətlərə baş çəkiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti