...

Azərbaycan Dövlət Standartlaşdırma Komitəsi şəkər, süd məhsulları və spirtsiz içkilər istehsal edən bir sıra müəssələrin fəaliyyətində çatışmazlıqlar aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir S.Babayeva /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şəkər, süd məhsulları və spirtsiz içkilərin istehsalı ilə məşğul olan beş müəssisənin fəaliyyətində ciddi çatışmazlıqlar aşkar edib.

"Yoxlamalar nəticəsində məlum olub ki, müəssisələr məhsul istehsalı qaydalarını kobud şəkildə pozub, istehsal prosesinin texniki və normativ qaydalarına riayət etməyib, onlar tərəfindən hazır məhsulların laborator tədqiqatları həyata keçirilməyib və bütün müəssisələrdə antisanitariya müşahidə edilib", - Dövlət Komitəsindən bildirilib.

Qaydalara riayət etməyən müəssisələr arasında - Kəmalə Namazovaya və Təvəkkül Məmmədova məxsus şəkər istehsalı müəssisəsi (ticarət nişanı "Lalə"), "Elince" ASC (ticarət nişanı "Sehirli dad"), "İki qardaş" (ticarət nişanı "Hacı su") spirtsiz içkilər istehsal edən müəssisə və Nofel Tağıyevə məxsus süd məhsulları istehsalı ilə məşğul olan müəssisənin adı çəkilir.

Dövlət Komitəsi bu müəssisələrin istehsalının dayandırılması məqsədilə müvafiq tədbirlər görür.

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti üzrə obyektlərin mühafizəsi sahələrində dövlət siyasətinin formalaşdırılması və aparılması üzrə mərkəzi orqanıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti