...

Gürcüstanın Azərbaycana 14,4 milyon dollar borcu var

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 16:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstanın dövlət borcu və dövlət təminatı ilə götürülmüş kreditlərin həcmi 30 faiz artaraq, mart ayında 2 575,274 milyon dollar təşkil edib. Bu artım bir neçə səbəblə bağlıdır - London birjasında dövlət istiqrazlarının satışı (500 milyon dollar), larinin məzənnəsinin aşağı düşməsi (25 faiz) və avqust münaqişəsindən sonra müxtəlif beynəlxalq təşkilatlardan kreditlərin cəlb edilməsi", - Gürcüstanın Maliyyə Nazirliyindən bildirilib.

Gürcüstanın ikitərəfli müqavilələr əsasında borcu 507,764 milyon dollardır. O cümlədən Avstriya qarşısında borc 1,245 milyon dollar, Azərbaycan - 14,387 mln. dollar, Türkmənistan - 1,211 mln. dollar, Türkiyə - 38,91 mln. dollar, İran - 11,28 mln. dollar, Rusiya - 119,4 mln. dollar, Ermənistan - 14,23 mln. dollar, Özbəkistan - 0,373 mln. dollar, Ukrayna - 0,34 mln. dollar, Qazaxıstan - 27,77 mln. dollar, Çin - 4,386 mln. dollar, Almaniya - 157,057 mln. dollar, Yaponiya - 53,214 mln. dollar, Küveyt - 12,274 mln. dollar, Hollandiya qarşısında - 11,248 mln. dollardır.

[Gürcüstanın Azərbaycan qarşısındakı 1992-1994-cü illərdə dövlət müəssisələri arasında təsərrüfat əməliyyatlarının aparılması nəticəsində əmələ gəlmiş ümumi borcu 16 189 573 dollar təşkil edirdi.]

Gürcüstanın avrobond vəsaitlər üzrə cəlb edilmiş borcu 500 milyon dollardır.

Gürcüstanın beynəlxalq maliyyə institutlarına 1 559 milyon dollar borcu var. Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı qrupuna daxildir) xətti ilə 944,2 milyon dollar, Avropa İttifaqı - 72,756 mln. dollar, Beynəlxalq Valyuta Fondu - 431,432 mln. dollar, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) - 28,2 mln. dollar, Asiya İnkişaf Bankı - 69,198 mln. dollar, Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu - 13,19 mln. dollar borc mövcuddur.

Dövlət təminatı ilə cəlb edilmiş kreditlər üzrə xarici borc 8,456 milyon dollar təşkil edib. O cümlədən Almaniya qarşısında borc 3,535 milyon dollar, AYİB - 4,93 milyon dollardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti