...

Böyük fransız şirkətlərinin rəhbərləri Türkmənistanda danışıqlar aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 18:51 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 17 mart / Trend , müxbir H.Həsənov /

Yanacaq-energetika kompleksi, tikinti, nəqliyyat, kommunikasiya və turizm sahələri də daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığı müzakirə etmək üçün bir sıra fransız şirkətləri, o cümlədən Total, Vinchi, GDF Suez, Orange France telecom və b. rəhbərlərinin yer aldığı nümayəndə heyəti Türkmənistana gəlib.

İşçi elitanı Fransanın xarici ticarət üzrə dövlət katibi Ann-Mari İdrak müşayiət edir. O, parlament, XİN və Türkmənistanın digər idarələrində bir sıra görüşlər keçirəcək.

Onun həm də Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədovla görüşü də planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti