...

Azərbaycanın Az Sigorta şirkəti ISO 9001:2000 sertifikatı alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend /

Azərbaycanın inkişaf etmiş sığorta şirkətlərindən biri olan Az Sigorta, Moody International şirkətindən ISO 9001:2000 (beynəlxalq idarəetmə keyfiyyəti) sertifikatı alıb. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Şirkət rəhbərliyi alınmış sertifikatı yüksək qiymətləndirir və bu uğurların davamına inanır", - deyə məlumatda deyilir.

Bununla əlaqədar olaraq şirkət cümə axşamı son iki ildə nail olduğu uğurlara həsr olunmuş mətbuat konfransı keçirib.

Mətbuat konfransında şirkətin idarəetmə heyətinin sədr müavini Xəyal Məmmədxanlı və keyfiyyət üzrə menecer Telman Bəbər şirkətin fəaliyyəti, 2008-ci ildə sığorta bazarındakı vəziyyət, həmçinin 2009-cu ilin proqnozları ilə bağlı ətraflı məlumat verib.

Az Sigorta ölkənin sığorta bazarında 2006-cı ilin noyabr ayının 22-dən etibarən fəaliyyət göstərir. Hazırda ölkənin müxtəlif regionlarında şirkətin 8 filialı, həmçinin 40 regional nümayəndəliyi fəaliyyət göstərir. Şirkət əməkdaşlarının sayı 200 nəfəri ötüb.

Müştərilərinə avtomobillərin, əmlakın, inşaat və quraşdırma risklərinin kompleks sığortası, eyni zamanda fərdi qəza və yük sığortası kimi geniş profilli xidmətlər göstərən şirkət verilən sığorta təminatlarının etibarlılığını təmin etmək üçün təkrar sığorta sahəsində dünyanın ən aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti