...

Rusiya və Türkmənistan Bakıda birbaşa beynəlxalq dəmir yolu-bərə nəqliyyatının təşkili haqda sənəd imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 14:26 (UTC +04:00)
Rusiya və Türkmənistan Bakıda birbaşa beynəlxalq dəmir yolu-bərə nəqliyyatının təşkili haqda sənəd imzalayıblar

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir E.İsmayılov /

Rusiya Nəqliyyat Nazirliyi və Türkmənistan Dəmir Yolu Nəqliyyatı Nazirliyi Bakıda birbaşa beynəlxalq dəmir yolu-bərə nəqliyyatının təşkili haqda sənədlər toplusu imzalayıblar.

Bu sənəd Həştərxan, Mahaçqala və Türkmənbaşı su nəqliyyatı kəsişmələri arasında əlaqəni nəzərdə tutur

Sənəd daşınmalar və istismar qaydalarını, yük vaqonları və konteynerlərin istifadəsinin planlı uçotunu nəzərdə tutur, həmçinin özündə dəmir yolu keçidləri üzrə Şura haqda əsasnaməni ehtiva edir.

Rusiyanın nəqliyyat naziri İqor Levitin və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Deryaqulı Muxammetkuliyev Bakıda, Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin birinci iclasında iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti