...

Bakıda Litvanın Azərbaycandakı Ticarət Evi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2009 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir N.İsmayılova /

Litva xarici işlər naziri Viqaudas Uşaskasın Bakıya rəsmi səfəri çərçivəsində Litva Ticarət Evinin Azərbaycanda açılışı keçirilib.

"Ticarət Evinin açılması iki ölkə arasında münasibətlərin inkişafında əlamətdar hadisədir", - açılış mərasimində iştirak edən XİN rəhbəri deyib.

Litva xarici siyasət idarəsi rəhbərini Azərbaycan-Litva biznes forumunda iştirak edən iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir. Forumda qeyd olunub ki, Azərbaycan və Litva 2008-ci ilin nəticələrinə görə 26 mln. manat təşkil edən mal dövriyyəsini artırmağa səy göstərəcəklər.

Bakıya ilk dəfə gələn Uşaskas aprelin 9-dək Azərbaycanda olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti