...

Şirvanda yeni Nar Mobile Mərkəzi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2009 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend /

Şirvan şəhərində yeni Nar Mobile Mərkəzi abunəçilərin istifadəsinə verilib. Azerfon şirkətinin məlumatında deyilir ki, mərkəz Şirvan şəhəri, Energetika küçəsi, 7 ünvanında yerləşir. Nar Mobile Mərkəzində abunəçilər Nar Mobile şəbəkəsinə qoşulmaq, yüksək səviyyəli müştəri xidmətlərindən yararlanmaq və ya təqdim olunan geniş çeşidli xidmətlər və tarif planları haqqında ətraflı məlumat əldə etmək imkanı qazanırlar.

Hazırda şirkətin Bakı, Şəki, Naxçıvan, Lənkəran, Gəncə, Sumqayıt və Şirvan şəhərlərində 12 Nar Mobile Mərkəzi fəaliyyət göstərir. Sabirabad, Xaçmaz və Mingəçevir şəhərlərində də yeni Nar Mobile Mərkəzlərinin açılışı gözlənilir.

Nar Mobile-ın bütün Azərbaycan ərazisində 600-dən artıq rəsmi diler və distribyutor mağazalarından ibarət geniş satış şəbəkəsi fəaliyyət göstərir.

AZERFON MMC şirkətinə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci il tarixli, 001512 nömrəli lisenziya verilib. Şirkət öz kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80%-ini əhatə edir. Hazırda Nar Mobile şəbəkəsindən 1 200 000-dən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti