Bakı. Trend:
İranın məqsədi qonşu ölkələrlə ən yaxşı münasibətlər qurmaqdır.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Omana səfər etməzdən öncə Tehranda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran mümkün olan bütün sahələrdə, elmi, ictimai, siyasi, mədəni, ticarət və sairə sahələrdə qonşu ölkələrlə qarşılıqlı əlaqələri inkişaf etdirməyə çalışır.
Pezeşkian bildirib ki, İranın Omanla illik 2,3 milyard dollara yaxın ticarət dövriyyəsi var. Bu ticarət dövriyyəsi davamlı şəkildə artmaqdadır. Omana səfər çərçivəsində yol, gəmiçilik, ticarət üzrə məsələlər haqda fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian iki günlük səfər çərçivəsində bu gün Omana yola düşüb. Səfər Oman Krallığının sultanı Heytəm bin Tariq Al Səudun dəvəti əsasında baş tutur.