...

Ötən il Azərbaycanın xaricdəki nümayəndəliklərə ayırdığı vəsaitin həcmi məlum olub

İqtisadiyyat Materials 27 May 2025 10:13 (UTC +04:00)
Ötən il Azərbaycanın xaricdəki nümayəndəliklərə ayırdığı vəsaitin həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ildə Azərbaycanın dövlət büdcəsindən xaricdəki nümayəndəliklərə 199,8 milyon manat xərclənib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, xarici ölkələrdə fəaliyyət göstərən 84 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 196,2 milyon manat və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması (Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı, Rusiya Federasiyasındakı, Türkiyə Respublikasındakı, Birləşmiş Ərəb Əmirliklərindəki və Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələrinin aparatları) üçün 3,6 milyon manat məbləğində vəsait yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti