...

Gürcüstan oliqarxın kriptovalyutalarını oğurlamış biznesmeni həbs edib

Dünya xəbərləri Materials 27 May 2025 12:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti “İnterpol”un qırmızı axtarış bülleteni ilə axtarışda olan oliqarx Georgi Baçiaşvilini saxlayıb.

Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir

Baçiaşvili keçmiş baş nazir, hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi Bidzina İvanişvilidən kriptovalyuta oğurluğuna görə qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qurumun məlumatına görə, biznesmenin harada olması anonim mənbədən öyrənilib. O, qanunsuz sərhəd keçidində də ittiham olunur. Bu maddə üzrə onu əlavə olaraq 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti