Bakı. Trend:
Ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsi vəsaiti ilə yanaşı müvafiq dövlət qurumlarının vəsaitlərdən də istifadə edilib.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, auditlər və təhlillər göstərir ki, bəzi hallarda işğaldan azad olunmuş ərazilərdə qeyri-büdcə təşkilatlarının vəsaitləri hesabına həyata keçirilməsi mümkün olan bəzi layihələrin, habelə şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşməsi üçün ayrılan xərclər üzrə optimallaşdırma işlərinin aparılması ilə dövlət büdcəsinin vəsaitləri üzrə qənaətlilik prinsiplərinə üstünlük verilib.
Qeyd edilməlidir ki, təqdim olunmuş məlumatlara əsasən, 2024-cü ilin sonuna işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə 6 sifarişçi üzrə 59 layihəyə digər mənbələrdən (öz vəsait hesabına və digər) 491,7 mln. manat maliyyələşdirilib.