Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü "Volendam"a keçib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Niderlandın yüksək liqasına vəsiqə qazanan klubu azərbaycanlı futbolçu ilə 1+1 illik müqavilə imzalayıb.
