...

Ötən il yerli xərclər proqnozla müqayisədə az icra edilib – Hesablama Palatası

İqtisadiyyat Materials 27 May 2025 11:18 (UTC +04:00)
Ötən il yerli xərclər proqnozla müqayisədə az icra edilib – Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilində yerli xərclər proqnozla müqayisədə az icra edilmiş, əvvəlki ildə olduğu kimi ən yüksək icra məbləği dekabr ayında qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Bildirilib ki, hesabat ilində şəhər və rayonların yerli xərcləri 738,6 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılmış məbləğdən 5,9%, əvvəlki ilin icra göstəricisindən isə 22 min manat azdır.

“Dövlət büdcəsinin icrasına dair illik hesabatda əvvəlki ildə də olduğu kimi yerli xərclərin proqnoza nisbətən az icrası əsasən yerli icra hakimiyyəti orqanlarında mövcud olan boş (vakant) ştatlar, eyni zamanda dövlət qulluğuna yeni təyin olunmuş işçilərin qulluq stajlarının və ixtisas dərəcələrinin az olması, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə, o cümlədən abadlaşdırılma, tullantıların yığılması, emalı və təmizlənməsi, küçələrin, parkların işıqlandırılması, yaşıllıqların salınması və digər abadlıq işlərinin yerinə yetirilməsi ilə bağlı xərclərdə qənaətin yaranması ilə əlaqələndirilib”, - məlumatda qeyd olunub..

Təqdim edilmiş məlumatlara əsasən, icra edilmiş yerli xərclərin funksional təsnifat üzrə bölgüsündə “Ətraf mühitin mühafizəsi” (33,8%), “Ümumi dövlət xidmətləri” (27,8%) və “Mənzil və kommunal təsərrüfatı” (27,4%) bölmələri daha yüksək xüsusi çəkiyə malik olmuşdur. İqtisadi təsnifat üzrə isə yerli xərclərdə malların (işlərin və xidmətin) satınalınması (51,9%), əməyin ödənişi (26,5%) və qeyri-maliyyə aktivləri (14,1%) xərcləri daha böyük pay təşkil edib.

“Yerli xərclərin aylar üzrə icra göstəricilərinə nəzər salsaq, icra səviyyəsinin 34,3%-125,4% arasında dəyişdiyini, 5 ayda icranın proqnozu üstələdiyini görərik.

Yerli xərclərin ən yüksək icra səviyyəsi əvvəlki illərdə olduğu kimi dekabr ayında qeydə alınıb. Belə ki, dekabr ayında icra edilmiş yerli xərclər cəmi yerli xərclərin 21,3%-ni təşkil etməklə 157 milyon manata bərabər olub. Müvafiq göstəricinin ən aşağı icra səviyyəsi və icra məbləği isə uyğun olaraq 1,4% və 10,5 milyon manat olmaqla yanvar ayında qeydə alınıb”, - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti