...

Kəskin defisit yaranması maliyyə axınlarının qeyri-effektiv idarə olunması ilə bağlı risklər formalaşdırmaqdadır - Hesablama Palatası

İqtisadiyyat Materials 27 May 2025 11:30 (UTC +04:00)
Kəskin defisit yaranması maliyyə axınlarının qeyri-effektiv idarə olunması ilə bağlı risklər formalaşdırmaqdadır - Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Emissiya olunan dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsi 2024-cü ildə son illərin ən yüksək göstəricilərini nümayiş etdirib.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Belə ki, hesabat ilində qısa (1 illik) və ortamüddətli (2 və 3 illik) dövlət istiqrazları emissiya edilib ki, onların da orta gəlirlilik göstəricisi müvafiq olaraq 7,9 və 8,5% (2023-cü ildə 6,7 və 7,9%) olub.

“Yanvar-noyabr aylarında büdcə profisitli icra edilsə də, ilin sonunda kəskin defisit yaranması maliyyə axınlarının qeyri-effektiv idarə olunması ilə bağlı risklər formalaşdırmaqdadır. Eyni zamanda qeyd etmək istərdik ki, 1 illik istiqrazların gəlirliliyinin 6,7%-dən 7,9%-ə, 2 və 3 illik istiqrazların gəlirliliyinin isə 7,9%-dən 8,5%-ə yüksəlməsi, həmçinin əlavə maliyyələşməyə gedilməsi (6,0-8,0% dərəcəsi ilə) növbəti illərdə borca xidmətlə bağlı əlavə büdcə yükü yaranmasını şərtləndirməkdədir”, - məlumatda vurğulanıb.

“Maliyyə Nazirliyi tərəfindən 2024-cü il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 4969,6 mln. manat təşkil etmişdir. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 4790,4 mln. Manat daxil olub ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 1888,7 mln. manat (əsas borc) geri ödənilib”, - məlumatda qeyd olunub.

“Qalıq 2,901 milyard manatın 1,500 milyard manatı büdcə kəsirinin maliyyələşdirilməsinə, 1,400 milyard manatı isə konvertasiya edilərək xarici dövlət borcunun əsas məbləğinin ödənilməsinə yönəldilib. Bu isə öz növbəsində 01.01.2025-ci il tarixə dövlət istiqrazları üzrə borcun ümumi məbləğinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,013 milyard manat və ya 47,5% artıraraq 9,353 milyard manat təşkil etməsinə və hesabat ili ərzində yerləşdirilmiş istiqrazlar üzrə növbəti illər üçün yaranmış faiz xərclərinin 676,7 milyon manata qədər artmasına şərait yaratmaqdadır (hesabat ilində qısamüddətli emissiyalar nəzərə alınmamaqla)”, - məluamdat vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti