...

Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin olunub

İdman Materials 27 May 2025 23:25 (UTC +04:00)

Bakı. Trend:

Türkiyəli tanınmış futbol mütəxəssisi Arda Turanın yeni iş yeri bəlli olub.

Trend xəbər verir ki, 38 yaşlı məşqçi Ukraynanın "Şaxtyor" komandasının sükanı arxasına keçib. Bu barədə klubunun rəsmi saytı məlumat yayıb.

Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Arda Turan son olaraq ölkəsində "Eyupspor"a rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti