...

Slovakiya parlamentinin vitse-spikeri ölkəsinin Aİ-dən çıxmasını istisna etmir

Dünya xəbərləri Materials 28 May 2025 21:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya Milli Şurasının (parlamentin) vitse-spikeri, hakim koalisiyaya daxil olan Slovakiya Xalq Partiyasının sədri Andrey Danko ölkəsinin Avropa İttifaqından (Aİ) çıxması ehtimalını gündəmə gətirib.

Trend-in “Tvnoviny” xəbər portalına istinadən verdiyi məlumata görə, Danko Aİ-nin kiçik üzv dövlətlərə qarşı münasibətini tənqid edib və Slovakiyanın bir növ "xalqlar həbsxanasında" yaşamağa məcbur edildiyini bildirib.

“Onlar bizi sadəcə qul kimi görürlər. Əgər biz böcək yeməyin normal hesab edildiyi bir sistemdə yaşamağa məcburiksə, əgər almanlar və fransızlar istədiklərini edəcəklərsə, və Almaniya kansleri bizə deyəcəksə ki, ‘əgər qulaq asmasanız, sizə Aİ fondlarından ödəniş etməyəcəyik’, o zaman biz də Aİ-dən çıxmaq məsələsini ciddi düşünməliyik”, – deyə Danko vurğulayıb.

O, həmçinin Almaniyanın iqtisadi uğurlarının Slovakiyadan gedən ucuz işçi qüvvəsinə əsaslandığını qeyd edib: “Əgər Almaniya kansleri bir daha hədə-qorxu gəlsə, Aİ-də qalıb-qalmamaqla bağlı müzakirələrə başlaya bilərik. Əgər bizə səriştəsiz münasibət göstərilərsə və bizə yuxarıdan aşağı baxılmağa davam edilərsə, qoy onsuz da yaşasınlar”.

Danko bu açıqlamaları ilə Aİ daxilində artan narazılıqları və kiçik üzv ölkələrin təsir imkanlarına dair müzakirələri yenidən alovlandırıb.

Xəbər lenti

Xəbər lenti