...

Türkiyəli və gürcüstanlı din xadimlərinin Azərbaycana səfəri təşkil ediləcək

Cəmiyyət Materials 29 May 2025 13:55 (UTC +04:00)
Türkiyəli və gürcüstanlı din xadimlərinin Azərbaycana səfəri təşkil ediləcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə mayın 29-da Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil ediləcək.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olacaq, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı, Türk Şəhidliyi abidəsini ziyarət edəcək. Nümayəndə heyəti Bakıda yerləşən ibadətgahların da fəaliyyəti ilə tanış olacaq.

Bundan başqa, Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad olunmuş ərazilərə səfəri də planlaşdırılır. Nümayəndə heyətinin üzvləri Ağdam rayonunda yerləşən Cümə məscidi və Ağdam İmarət Kompleksini, Şuşanın Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı, Mamayı məscidlərini və digər tarixi abidələri ziyarət edəcəklər.

30-dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər iyunun 2-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti