...

Azərbaycanlı İranın cüdo üzrə yığma komandasının baş məşqçisi təyin olunub

İdman Materials 29 May 2025 14:48 (UTC +04:00)
Azərbaycanlı İranın cüdo üzrə yığma komandasının baş məşqçisi təyin olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cüdo üzrə yığma komandasının baş məşqçi postuna azərbaycanlı Rəşad Məmmədov gətirilib.

Bu barədə Trend İranın Cüdo Federasiyasına istinadən məlumat verib.

1975-ci ildə Bakıda dünyaya göz açan və illərlə müxtəlif yaşlarda Azərbaycan yığmasınn baş məşqçisi kimi fəaliyyət göstərən Rəşad Məmmədov İranın cüdo üzrə yeniyetmələr və gənclər üzrə yığmalarının da texniki məşçisi olaraq təyin edilib.

28 mayda Rəşad Məmmədov İranın Cüdo Federasiyasının prezidenti Arəş Mirismaili ilə görüşərək danışıqlar aparıb və sonda iki tərəf arasında müqavilə imzalanıb.

İranın məqsədi 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında daha yaxşı çıxış etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti