Bakı.Trend:
Polis əməkdaşları tərəfindən paytaxtın Suraxanı, Sabunçu
rayonlarında və Lənkəran şəhərində narkotik maddələrin qanunsuz
dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərlə qeyd edilən cinayət əməlində şübhəli bilinən 48 yaşlı N.İbadov, 29 yaşlı T.Abbasov və həmyaşıdı Ə.Məmmədli saxlanılıblar.
Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi və narkotiklərin onlayın alqı-satqısında istifadə olunan 2 ədəd bank kartı aşkarlanıb.
Hər üç faktla bağlı araşdırma aparılır.