...

Koreyada təyyarə dağa çırpıldı - Ölənlər var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 May 2025 11:35 (UTC +04:00)
Koreyada təyyarə dağa çırpıldı - Ölənlər var (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada dağlıq əraziyə çırpılmış hərbi dəniz qüvvələrinə aid “P-3 Orion” patrul təyyarəsinin qəzaya uğraması nəticəsində azı 3 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu haqda “News1” məlumat yayıb.

Xilasedicilər dağıntı yerindən 2 nəfərin meyitini tapıb, digər iki nəfərin axtarışları davam etdirilir.

xxx

09:36

Cənubi Koreyada ölkənin hərbi dəniz qüvvələrinə aid patrul təyyarəsi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu haqda “Yonhap” agentliyi məlumat yayıb.

Təyyarənin Pohanq şəhərinin cənub-şərqində yerləşən dağlıq əraziyə çırpıldığı bildirilir.

Hadisə vaxtı təyyarənin göyərtəsində 4 nəfər olub. Hələlik onların aqibəti barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti